Bayden Ərdoğanla S-400 məsələsini müzakirə edəcək

 Bayden Ərdoğanla S-400 məsələsini müzakirə edəcək
  14 İyun 2021    Oxunub:1174
ABŞ Prezidenti Co Bayden Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla NATO sammitində Türkiyədə Rusiyanın S-400 zenit raket komplekslərinin yerləşdirilməsi mövzusunu müzakirə etmək niyyətindədir.
Azvision.az xəbər verir ki, bu barədə Baydenin Milli Təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.

"Bəli, bu məsələ müzakirə ediləcək. S-400, bəli, zenit raket kompleksləri...", - o bildirib.

Lakin Sallivan Baydenin bu mövzuda Ərdoğana tam olaraq nə deyə biləcəyindən danışmayıb. Eyni zamanda, prezidentin köməkçisi Baydenin Türkiyə lideri ilə söhbətində Ankaranın Moskva və Pekinlə münasibətləri mövzusuna toxunmaq niyyətində olduğunu söyləyib.

Qeyd edək ki, Rusiya və Türkiyə 2017-ci ildə Moskvanın Ankaraya S-400 komplekslərinin tədarükü üçün müqavilə imzalayıblar. Türkiyə bu sistemləri Rusiya Federasiyasından alan ilk NATO ölkəsi idi. Ankaranın qərarı Vaşinqton və bütövlükdə alyansın kəskin mənfi reaksiyasına səbəb olub.

ABŞ Türkiyənin Rusiya hava hücumundan müdafiə sistemlərindən imtina etməsinə çalışır. Türkiyə Prezidenti oktyabr ayında Ankaranın Vaşinqtonun təzyiqlərinə baxmayaraq, S-400-dən imtina etmək fikrində olmadığını bəyan edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: RəcəbTayyibƏrdoğan  





Xəbər lenti