İsrailin yeni baş naziri məlum oldu
Qeyd edək ki, səkkiz partiyanın iştirakı ilə koalisiya əsasında qurulan 36-cı İsrail hökumətində Müdafiə Nazirliyinə "Kahol-Lavan"ın sədri Beni Qantz, Xarici İşlər Nazirliyinə ilk iki ildə Lapid, Daxili İşlər Nazirliyinə "Yamina" partiyasından Ayelet Şaked rəhbərlik edəcək.
Kabinetdə üç rusdilli nazir yer alıb. Belə ki, "Evimiz İsrail" partiyasının başçısı Aviqdor Liberman Maliyyə, "Yesh Atid"dən Konstantin Razvozov Turizm və "Yeni Ümid"dən Zeev Elkin Qüds İşləri Nazirliklərinə rəhbərlik edəcəklər.
Bununla da İsraildə 12 illik Benyamin Netanyahu dönəmi sona çatıb.
Azvision.az
Teqlər: İsrail