AVRO-2020: Avstriya qələbə ilə başladı

  13 İyun 2021    Oxunub :489
   AVRO-2020:    Avstriya qələbə ilə başladı
Futbol üzrə Avropa çempionatında qrup mərhələsinin oyunları davam edir.
Azvision.az xəbər verir ki, bu gün C qrupunun ilk oyunu Buxarestdə baş tutub. Milli Arenada Avstriya və Şimali Makedoniya yığmaları üz-üzə gəlib.

Görüş Avstriya millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Avstriya – Şimali Makedoniya - 3:1
Qollar: Ştefan Layner, 18, Mikael Qreqoriç, 77, Marko Arnautoviç, 89
- Qoran Pandev, 28
Baş hakim: Andreas Ekberq (İsveç)
Buxarest. “Nasional” stadionu

Qeyd edək ki, C qrupunun digər oyunu Niderland və Ukrayna milliləri arasında baş tutacaq. Bakı vaxtı ilə saat 23:00-da başlanacaq qarşılaşma "Amsterdam Arena"da keçiriləcək

Azvision.az

Teqlər: AVRO-2020  






Xəbər lenti