FHN: Ötən gün 61 yanğın olub

   FHN:    Ötən gün 61 yanğın olub
  13 İyun 2021    Oxunub:1019
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 61 yanğına çıxış olub.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, ötən gün 3 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 5 nəfər, o cümlədən dənizdə batma təhlükəsi ilə üzləşmiş 2 nəfər və intihara cəhd edən 1 nəfər xilas olunub.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti