Almaniya “Telegram”ın boğazından yapışdı

   Almaniya “Telegram”ın boğazından yapışdı
  13 İyun 2021    Oxunub:2498
Almaniya Federativ Respublikası “Telegram” platformasını 55 milyon avro cərimə edə bilər. Bunun iki səbəbi var: Onun ölkədə dövlət orqanları ilə əlaqə saxlayacaq nümayəndəsinin olmaması və platformada Alman qanunvericiliyini pozan məlumatların yayılması.
Azvision.az “Şpigel”ə istinadla xəbər verir ki, Almaniyanın Federal Ədliyyə Nazirliyi “Telegram”dan “qanuna tabe olmasını”, “hökumət üçün əlçatanlığı”, qanuna zidd kontenti dərhal silməsini və lazım gələrsə, istifadəçilərin məlumatlarını operativ şəkildə təqdim etməsini tələb edib.
"Telegram" İspaniyada bloklandı

Şirkətin hələ də Almaniya hökumətilə əlaqələndirici şəxs təyin etməməsilə bağlı məhkəmə artıq başlayıb.

Yada salaq ki, bir qədər öncə Almaniya hökuməti feysbuka qarşı da oxşar siyasət yürütmüş və sərt cərimələrlə sosial şəbəkənin ölkə qanunları ilə tənzimlənməsinə nail ola bilmişdi.

Düşünürük ki, Azərbaycan da Almaniya təcrübəsinə diqqətlə yanaşmalı və ölkənin reallığına uyğun formada tətbiqi üçün yollar axtarmaqdan çəkinməməlidir.

Samir Quliyev
Azvision.az



Teqlər: Telegram  





Xəbər lenti