Göldə boğulan yeniyetmənin meyiti tapıldı - YENİLƏNİB

  13 İyun 2021    Oxunub :678
Göldə boğulan yeniyetmənin meyiti tapıldı -  YENİLƏNİB
Bakının Yasamal rayonu ərazisində yerləşən süni göldə batan 2006-cı il təvəllüdlü Novruzov Elşən İmdad oğlunun axtarışları başa çatıb.
Azvision.az xəbər verir ki, E.Novruzovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***
Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən süni göldə bir azyaşlı batıb.

Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Azvision.az

Teqlər: FHN   Azyaşlı   Göl  






Xəbər lenti