İran səfiri Ağdamda: “Cənnət kimi yerlər viran qoyulub”

      İran səfiri Ağdamda:    “Cənnət kimi yerlər viran qoyulub”
  13 İyun 2021    Oxunub:992
"Təəssüf edirəm ki, bu cür cənnət kimi yerlər viran qoyulub, burada heç nə qalmayıb. Məhz bu mənzərəyə görə Ağdam “Qafqazın Xrosiması” adlandırılır"

Azvision.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Ağdama səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, İran işğaldan azad olunmuş Azərbaycan ərazilərində quruculuq işlərinə və mina axtarışına dəstək verməyə hazırdır.

Diplomat, həmçinin bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş ərazilər yenidən qurulacaq və burada yeni binalar tikiləcək.

Azvision.az


Teqlər: İran   Ağdam  





Xəbər lenti