Piyada hadisə yerində öldü

Piyada hadisə yerində öldü
  12 Mart 2014    Oxunub:1098
Ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
Salyan şəhərinin sakini Müslüm Hüseynov idarə etdiyi “VAZ-2106” markalı avtomobili martın 10-da saat 21 radələrində Xızı rayonunun Tıxlı kəndinin ərazisində aşırmışdır.

M.Hüseynov hadisə yerində keçinmiş, avtomobilin sərnişinləri olan Abşeron rayon sakini Fəxri Tağıyev, Ruslan Həşimov və Sumqayıt şəhər sakini Ramil Rzayev xəstəxanaya yerləşdiriliblər.

Martın 10-da saat 23 radələrində isə Vüsal Alıyev idarə etdiyi “VAZ-21014” markalı avtomobillə Gəncə şəhərinin ərazisində yolu keçən 40-45 yaşlı qadını vurub.

Piyada hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, hər iki hadisə ilə bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.


Teqlər:





Xəbər lenti