Rusiya AVRO-2020-yə məğlubiyyətlə başladı

Rusiya AVRO-2020-yə məğlubiyyətlə başladı
  13 İyun 2021    Oxunub:1164
Futbol üzrə Avropa Çempionatında qrup mərhələsinin növbəti oyunu keçirilib.
Azvision.az xəbər verir ki, günün son qarşılaşmasında B qrupunda yer alan Rusiya yığması çempionatın favoritlərndən hesab olunan Belçika millisi ilə üz-üzə gəlib.

Gərgin idman mübarizəsi şəraitində keçən görüş Rusiya üçün uğursuz olub. Belə ki, Belçika komandası Sankt-Peterburqda Rusiyanın qapısından üç cavabsız top keçirərək, turnirə böyük hesablı qələbə ilə başlayıb.

Qeyd edək ki, qrupun digər oyununda Danimarka Finlandiyaya 0:1 hesabı ilə məğlub olub.



Azvision.az


Teqlər: Rusiya   Belçika  





Xəbər lenti