Paşinyan yenə biabır oldu: Lavrovu prezidentlə səhv saldı
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Qeqarkunik əyalətində seçicilər qarşısında çıxış edən Paşinyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovu əvvəlcə prezident, daha sonra baş nazir adlandırıb.
Onun kobud səhvə yol verdiyini görən həyat yoldaşı Anna Akobyan özünü saxlaya bilməyərək gülüb.
Qeyd edək ki, bu, Nikol Paşinyanın yol verdiyi ilk səhv deyil. O bir müddət əvvəl parlamentdə çıxışı zamanı Rusiya lideri Vladimir Putini Fransa Prezidenti kimi təqdim etməklə gülüş obyektinə çevrilmişdi.
Azvision.az