ABŞ Azərbaycanın humanist addımını yüksək qiymətləndirdi

 ABŞ Azərbaycanın humanist addımını yüksək qiymətləndirdi
  12 İyun 2021    Oxunub:1823
ABŞ saxlanılan 15 erməninin Azərbaycan tərəfindən sərbəst buraxılmasını alqışlayır.
Azvision.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin baş katibi Entoni Blinken “Twitter” hesabında yazıb.

O qeyd edib ki, bu cür addımlar region xalqlarını layiq olduqları dinc gələcəyə daha da yaxınlaşdıracaq. Baş katib, həmçinin tərəflər arasında müzakirələrin təmin edilməsində vacib rol oynadığı üçün Gürcüstan hökumətinə minnətdarlıq ifadə edib.

Xatırladaq ki, iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib. Bunun müqabilində 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Azvision.az


Teqlər: ABŞ   Blinken  





Xəbər lenti