Türkiyə millisi Bakıya gəldi

  12 İyun 2021    Oxunub :720
Türkiyə millisi Bakıya gəldi
“AVRO-2020”nin A qrupunun ikinci oyununu Bakıda keçirəcək Türkiyə millisi Azərbaycana gəlib.
Azvision.az xəbər verir ki, "ay-ulduzlular" az öncə ölkəmizə təşrif buyurub.

Qeyd edək ki, ötən gün açılış matçında Romada İtaliyaya 0:3 hesabı ilə uduzan Türkiyə yığması qrupdakı son iki görüşünü Bakı Olimpiya Stadionunda oynayacaq. Şenol Güneşin baş məşqçiliyi ilə iyunun 16-da Uelslə qarşılaşacaq kollektiv, dörd gün sonra İsveçrə ilə münasibətlərinə aydınlıq gətirəcək.



Azvision.az

Teqlər:






Xəbər lenti