Hadrutda 8 erməni hərbçinin cəsədi tapıldı

  12 İyun 2021    Oxunub :744
 Hadrutda 8 erməni hərbçinin cəsədi tapıldı
Bu gün Qarabağda aparılan axtarışlar nəticəsində daha 8 erməni hərbçinin cəsədi tapılıb.

Azvision.az bu barədə erməni KİV-lərinə istinadla xəbər verir.

Məlumata görə, cəsədlərin qalıqları Hadrutda aşkar edilib. Onların kimliyinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası keçiriləcək.
Xatırladaq ki, ikinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1576 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılaraq qarşı tərəfə təhvil verilib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Qarabağ   Erməni   Cəsəd  






Xəbər lenti