Moskvada karantin rejimi yenidən sərtləşdirilir

 Moskvada karantin rejimi yenidən sərtləşdirilir
  12 İyun 2021    Oxunub:1880
Moskva meri Sergey Sobyanin paytaxtda epidemioloji vəziyyətin pisləşməsinə görə yeni məhdudiyyətlər elan edib.
Azvision.az bu barədə “RİA Novosti”yə istinadla xəbər verir.

Belə ki, 13 iyundan işəgötürənlərə əməkdaşların ən azı 30% -nin, peyvənd edilənlər istisna olmaqla, 65 yaşdan yuxarı və xroniki xəstəlikləri olan bütün işçilərin məsafədən iş rejiminə keçirmələri tövsiyə edilib.

Əmək haqqı saxlanılımaqla iyunun 15-dən 20-dək qeyri-iş günləri elan edilib.

Həmçinin, iyunun 13-dən 20-dək ticarət mərkəzlərində uşaq oyun otaqları, kafelər işini müvəqqəti dayandırır. Restoranlarda, kafelərdə, barlarda, gecə klublarında, karaoke, boulinq salonlarında, diskotekalarda və digər əyləncə müəssisələrində saat 23:00-dan səhər 06:00-dək (yemək servisi istisna olmaqla) ziyarətçilərə xidmət qadağan edilir.

Bundan əlavə, böyük şəhər parklarında attraksionlar, idman meydançaları, icarə məntəqələri, istirahət və əyləncə obyektləri də bağlanacaq. Parklarda yalnız gəzmək mümkün olacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Moskva  





Xəbər lenti