AVRO-2020: Bakıda qalib müəyyənləşmədi - YENİLƏNİB

  AVRO-2020:  Bakıda qalib müəyyənləşmədi -  YENİLƏNİB
  12 İyun 2021    Oxunub:3008
Futbol üzrə Avropa Çempionatı (AVRO-2020) davam edir.

Azvision.az xəbər verir ki, ikinci oyun günündə 3 görüş nəzərdə tutulub. Görüşlərdən biri paytaxt Bakıda keçirilib.

Belə ki, A qrupunda yer alan Uels millisi Bakı Olimpiya Stadionunda İsveçrə yığması ilə qarşılaşıb. B qrupunda Danimarka Finlandiya ilə, Belçika isə Rusiya ilə üz-üzə gələcək.
Uels yığmasının start heyətində Danni Uord, Kris Mefam, Ben Deyvis, Co Rodon, Konnor Roberts, Aaron Remsi, Co Allen, Co Morrel, Qaret Beyl (k), Kieffer Mur və Daniel Ceyms yer alıblar.

İsveçrə seçməsinin heyətində meydana Yan Sommer, Rikardo Rodrigez, Manuel Akanci, Fabian Şer, Niko Elvedi, Kevin Mbabu, Remo Freuler, Qranit Caka (k), Xerdan Şaqiri, Haris Seferoviç və Breel Embolo çıxıblar.

Qarşılaşmanı fransalı referi Klement Turpin idarə edib.

Komandalar böyük turnirlərin final mərhələlərində ilk dəfə üz-üzə gələcəklər. İndiyədək iki yığma arasında oynanılmış 7 oyunun 5-də İsveçrə, 2-də isə Britaniya təmsilçisi qələbə qazanıb. Komandaların arasında heç vaxt heç-heçə qeydə alınmayıb.

Qeyd edək ki, Azərbaycan ilk dəfədir futbol üzrə Avropa Çempionatına ev sahibliyi edir.

***

Qarşılıqlı hücumlar şəraitində keçən matçın ilk hissəsi qolsuz başa çatıb.

***

Görüşün 49-cu dəqiqəsində hesab açılıb. İsveçrə komandasının heyətində Bril Embolo fərqlənib.

***
Matçın 74-cü dəqiqəsində Uels yığması hesabı bərabərləşdiib.

***
Bakı Olimpiya Stadionunda keçirilən Uels - İsveçrə oyununda VAR sistemindən istifadə edilib. 84-cü dəqiqədə İsveçrə yığması hesabda irəli keçsə də, qol qeydə alınmayıb.

Beləliklə, Bakıda keçirilən ilk görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

***
Bakı Olimpiya Stadionu A qrupu çərçivəsində keçiriləcək Türkiyə - Uels (16 iyun) və İsveçrə - Türkiyə (20 iyun) oyunlarına ev sahibliyi edəcək. İyulun 3-də isə Bakıda dörddəbir final mərhələsinin bir qarşılaşması keçiriləcək.






Azvision.az


Teqlər: AVRO-2020   Bakı   Futbol   Avropa-Çempionatı  





Xəbər lenti