Daha 204 nəfər koronavirusdan sağaldı, 2 nəfər öldü

  Daha 204 nəfər koronavirusdan sağaldı,   2 nəfər öldü
  12 İyun 2021    Oxunub:1371
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 61 yeni yoluxma faktı qeydə alınıb, daha 204 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 126 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328 398 nəfər müalicə olunaraq sağalıb, 4953 nəfər vəfat edib, aktiv xəstə sayı 1775 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8746, ötən müddət ərzində isə 3 615 110 test aparılıb.



Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti