Putinlə Bayden mətbuat konfransından niyə imtina etdi? - Peskovdan açıqlama

Putinlə Bayden mətbuat konfransından niyə imtina etdi? -  Peskovdan açıqlama
  12 İyun 2021    Oxunub:1237
16 iyun tarixində Cenevrədə baş tutacaq sammitdən sonra Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Baydenin birgə mətbuat konfransı keçirmək planlarının olmaması bu görüşdən yüksək gözləntilərin olmayacağına dəlalət etmir.
Azvision.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, bu, Amerika təcrübəsindən irəli gəlir.

“Yox, bu, görüşdən aşağı gözləntilərin olacağına dəlalət etmir. Ayrılıqda mətbuat konfransının keçirilməsi Amerika tərəfinin təcrübəsidir. Danışıqlar bitdikdən sonra Prezident Putin KİV-lərə açıqlama verəcək", - Peskov əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: VladimirPutin   CoBayden  





Xəbər lenti