Daha bir güləşçimiz medal görüşünə çıxacaq

Daha bir güləşçimiz medal görüşünə çıxacaq
  12 İyun 2021    Oxunub:1249
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Polşanın paxtaxtı Varşavada keçirilən "Poland Open" turnirində mübarizəyə başlayıb.
Azvision.az -ın məlumatına görə, 82 kq-da çıxış edən idmançı 1/4 finalda Raybek Bisultanovu (Danimarka) mübarizədən kənarlaşdırıb.

Amma yarımfinalda ukraynalı Yaroslav Filçakova 3:4 hesabı ilə uduzan Hüseynov finala çıxmaq şansını əldən verib.

O, bürünc medal uğrunda görüşdə Maqnus Qroyenviklə (Norveç) üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl Hacı Əliyev (70 kq) bürünc, Mariya Stadnik (50 kq) isə qızıl medal qazanıb.

Azvision.az


Teqlər: Güləş  





Xəbər lenti