Abşeron rayonunda döyüş sursatı aşkarlanıb

Abşeron rayonunda döyüş sursatı aşkarlanıb
  12 Mart 2014    Oxunub:902
Aşkarlanmış sursat xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
Abşeron rayonunda döyüş sursatı aşkarlanıb.

AzVision.az xəbər verir ki, FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qeyd olunan ərazidə qazıntı işləri aparılarkən partlamamış döyüş sursatı aşkar olunub. Nazirliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən aşkarlanmış sursatın 1 ədəd istifadə üçün yararsız 200 mm-lik top mərmisi olduğu müəyyən olunub.

Aşkarlanmış sursat xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər və aidiyyəti qurumların mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib. Nəticədə, həmin ərazidə digər döyüş sursatları aşkar edilməyib.


Teqlər:





Xəbər lenti