“Sərhəd probleminin həlli üçün Rusiya ilə fəal əməkdaşlıq edirik” - Paşinyan

“Sərhəd probleminin həlli üçün Rusiya ilə fəal əməkdaşlıq edirik” -  Paşinyan
  12 İyun 2021    Oxunub:976
Ermənistan hakimiyyəti Azərbaycanla sərhəd problemini həll etmək üçün Rusiya ilə fəal əməkdaşlıq edir.
Azvision.az "TASS"a istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Qeqarkunik bölgəsinin Çambarak icmasında yerli sakinlərlə görüşü zamanı bildirib.

"Sotk - Xoznavar bölməsindəki təhlükəsizlik vəziyyəti haqqında: biz rusiyalı həmkarlarımızla fəal şəkildə əməkdaşlıq edirik, onlar çox aktiv prosesə cəlb olunublar. Biz addım-addım problemin yekun həllinə doğru irəliləyirik", - Paşinyan deyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NikolPaşinyan  





Xəbər lenti