Məcburi köçkünlər yataqxanadan çıxarılır

Məcburi köçkünlər yataqxanadan çıxarılır
  12 Mart 2014    Oxunub:1141
Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Bakı şəhəri, C.Hacıbəyli küçəsindəki yataqxanalardan çıxmaq istəməyən məcburi köçkünlərin yataqxanalardan köçürülməsi prosesi başlayıb

AzVision.az APA- ya istinadən xəbər verir ki, sökülməsi nəzərdə tutulan yataqxanalardan məcburi köçkünlərin çıxarılması prosesinə polis əməkdaşları da cəlb edilib.

Qeyd edək ki, keçən il avqustun 1-dən ADNA-nın yataqxanalarında müvəqqəti məskunlaşan məcburi köçkünlərin Masazır qəsəbəsində tikilən yeni mənzillərə köçürülməsi prosesi başlayıb. Ancaq 20-dək ailə yataqxanalardan köçməklə razılaşmayıb.

Qaçqın və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, həmin yataqxanalarda qalmış 20 ailədən 7 məcburi köçkün ailəsinə də mənzillər və orderlər verilib. Lakin həmin insanlar qeyri-müəyyən səbəbə görə yeni mənzillərə köçmürlər.

Mənzil bölgüsündən narazı olan bu məcburi köçkün ailələri ilə bərabər yataqxanalarda faktiki orada yaşamayan, sonradan müxtəlif yollarla yataqxanalara yerləşən, o cümlədən məcburi köçkün statusu olmayan ailələr də var. Dövlət Komitəsi həmin ailələrə mənzil düşmədiyini açıqlayıb: “Hazırda həmin yataqxanaların sökülməsi və digər məsələlərə isə biz baxmırıq”.


Teqlər:  





Xəbər lenti