“Grand Chess Tour”: Şəhriyar və Teymur ABŞ təmsilçilərinə qarşı

   “Grand Chess Tour”:    Şəhriyar və Teymur ABŞ təmsilçilərinə qarşı
  12 İyun 2021    Oxunub:1234
İyunun 12-də Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da qatıldıqları “Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsinin yeddinci turunun oyunları keçiriləcək.
Azvision.az xəbər verir ki, Rumıniyada keçirilən turnirin növbəti turunda şahmatçılarımız Ş.Məmmədyarov ABŞ təmsilçisi Fabiano Karuana, Teymur Rəcəbov isə onun həmyerlisi Uesli So ilə üz-üzə gələcəklər.

Turun digər oyunlarında Rumıniya təmsilçisi Konstantin Lupulesku həmyerlisi Boqdan-Daniel Dyak, niderlandlı Aniş Giri fransalı Maksim Vaşye-Laqrav, Aleksandr Qrişuk (Rusiya) isə ermənistanlı Levon Aronyan ilə görüşəcəklər.

Qeyd edək ki, Ş.Məmmədyarov 4 xalla turnir cədvəlində A.Qrişukla ilk iki pilləni bölüşür. T.Rəcəbov isə 3 xalla 6-cı yerdədir.

Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.

Azvision.az



Teqlər: Şahmat  





Xəbər lenti