Rəşad Nəbiyev: “Türkiyə təcrübəsinə marağımız var”

   Rəşad Nəbiyev:    “Türkiyə təcrübəsinə marağımız var”
  11 İyun 2021    Oxunub:1206
Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Türkiyə Prezidenti Administrasiyasının Rəqəmsal transformasiya ofisinin sədr müavini Yavuz Emir Beyribeylə görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə nazir özünün Tvitter hesabında məlumat paylaşıb.

"Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal transformasiya ofisinin sədr müavini Yavuz Emir Beyribeylə görüşdük.​ Rəqəmsal transformasiya sahəsində müzakirələr apardıq. Bu istiqamətdə Türkiyə təcrübəsinin öyrənilməsinə xüsusi maraq göstərdiyimizi bildirdim", - nazir qeyd edib.

Azvision.az



Teqlər: Nazir  





Xəbər lenti