Qadın işçisini döyən vəzifəli şəxsə cinayət işi açıldı

   Qadın işçisini döyən vəzifəli şəxsə cinayət işi açıldı
  11 İyun 2021    Oxunub:1413
Martın 4-də rayonun Kür Qəsəbə Mənzil İstismar Sahəsində (MİS) kargüzar işləyən Aliyə Kazımovanın həmin MİS-in rəisi Vazeh Vəliyev tərəfindən döyülməsi və V. Vəliyevin iş yerində daim münaqişə yaratması ilə bağlı müraciətləri əsasında rayon prokurorluğundan araşdırma aparılıb.
Baş Prokurorluqdan Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, araşdırmalarla V. Vəliyevin vəzifə səlahiyyətlərini aşaraq tabeçiliyində işləyən kargüzar A. Kazımovaya zor tətbiq etməklə sonuncuya xəsarət yetirməsi faktına görə barəsində Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə cinayət işi başlanıb.

V. Vəliyev şübhəli şəxs qismində tutulub.

Azvision.az


Teqlər: Vəzifəli-şəxs   Cianyət-işi  





Xəbər lenti