Azərbaycan mayda "OPEC+" üzrə öhdəliyini yerinə yetirib

Azərbaycan mayda "OPEC+" üzrə öhdəliyini yerinə yetirib
  10 İyun 2021    Oxunub:1175
2021-ci ilin may ayında Azərbaycan üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 674 min barel olub.
Energetika Nazirliyindən Azvision.az -a verilən məlumata görə, bunun 586 min barelini xam neft, 88 min barelini isə kondensat təşkil edib.

Xatırladaq ki, “OPEC+” ölkələri nazirlərinin müvafiq iclaslarında qəbul edilmiş razılaşmalar çərçivəsində ölkəmizdə orta günlük xam neft hasilatının cari ilin may ayında 603 min barel, iyun ayında 610 min barel, iyul ayında isə 620 min barel səviyyəsində saxlanılması müəyyənləşmişdi.

Azvision.az


Teqlər: OPEC  





Xəbər lenti