Peyvəndin ikinci dozasını 56 günədək vurdurmaq olar

  10 İyun 2021    Oxunub :387
Peyvəndin ikinci dozasını 56 günədək vurdurmaq olar
28 gün ərzində üzrlü səbəbdən ikinci dozanı ala bilməyən şəxslərə 56 gün şans verilir.
Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən İşçi Qrupun üzvü Nailə Daşdəmirova bildirib.

Onun sözlərinə görə, Azərbaycanda istifadə olunan vaksinlərin hamısı iki dozalıdır: “Həmin müddətdə ikinci dozanı vurdurmayanlar artıq növbəti 6 ay üçün gözləməli olacaqlar”.

Nazirlik rəsmisinin sözlərinə görə, yalnız 18 yaşına çatmayanlar, xroniki ağır xəstəliyi olanlar, hamilə və südverən analar vaksin vurdurmaqdan azaddırlar:

“Bununla yanaşı, epilepsiyanın remissiya dövrü COVID-19 əleyhinə vaksinin vurdurulması üçün əks göstəriş deyil. Ümumilikdə isə PCR testinin nəticəsi neqativ, qanda yetərincə anticism aşkar olunan şəxslər belə, COVID-19 pasportu almaq üçün mütləq peyvənd vurdurmalıdır".

Azvision.az

Teqlər: Vaksin   Peyvənd