Daha bir diplomat Rusiyadan qovulur

Daha bir diplomat Rusiyadan qovulur
  10 İyun 2021    Oxunub:991
Rusiya Şimali Makedoniya səfirliyinin bir əməkdaşını ölkədən çıxarır.
Azvision.az xəbər verir ki, bu qərar cavab addımı olaraq qəbul edilib.

10 iyun tarixində Şimali Makedoniyanın Moskvadakı müvəqqəti işlər vəkili Oliver Çauşevskaya-Dimovskaya Rusiya Xarici İşlər Nazirliyinə dəvət edilib və burada səfirliyin bir diplomatının persona non-qrata elan edilməsi barədə nota təqdim olunub.

"Bu tədbir Şimali Makedoniya tərəfinin may ayında Rusiya səfirliyinin diplomatını persona non-qrata elan etməsinə dair əsassız qərara cavabdır", - XİN-dən bildirib.

Bundan əvvəl, Şimali Makedoniyanın Xarici İşlər Nazirliyi rusiyalı diplomatın ölkədən çıxarılması barədə məlumatı təsdiqləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   ŞimaliMakedoniya  





Xəbər lenti