Putin Baydenlə “Villa La Grange”da görüşəcək

Putin Baydenlə “Villa La Grange”da görüşəcək
  10 İyun 2021    Oxunub:1012
Rusiya və Amerika liderləri Vladimir Putinlə Co Baydenin görüşü Cenevrədəki “Villa La Grange”da keçiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Məşhur “Villa La Grange” prezidentlər Bayden və Putini 16 iyunda qəbul edəcək. İsveçrəni seçməklə göstərdikləri etimada görə hər iki ölkəyə təşəkkür edirik”, - açıqlamada deyilir.

Xatırladaq ki, ABŞ və Rusiya liderlərinin görüşü iyunun 16-da Cenevrədə keçiriləcək. Görüşü işıqlandırmaq üçün 500-dən çox jurnalist qeydiyyatdan keçib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İsveçrə   Bayden-Putin  





Xəbər lenti