“İqtisadiyyatın bərpası sürətlə davam edir” - Mikayıl Cabbarov

 “İqtisadiyyatın bərpası sürətlə davam edir” -  Mikayıl Cabbarov
  08 İyun 2021    Oxunub:1130
Azərbaycan iqtisadiyyatının inamlı bərpası sürətlə davam edir.
Azvision.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Onun sözlərinə görə, 2021-ci ilin yanvar-may aylarında qeyri-neft məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,4% artaraq 908 mln. dollar təşkil edib.

"Cari ilin ilk 5 ayında ümumi ixrac əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,6% artıb".

Azvision.az


Teqlər: İqtisadiyyat   Nazir   Mikayıl-Cabbarov  





Xəbər lenti