Paşinyan onu "xain" adlandıranları döyməyi tapşırdı

Paşinyan onu "xain" adlandıranları döyməyi tapşırdı
  08 İyun 2021    Oxunub:4093
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan rəqiblərinə dərs vermək üçün ona xain deyənləri döyməyi tapşırıb.

Azvision.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri “Vətəndaş razılaşması” partiyasına yaxın olan mənbəyə istinadla məlumat yayıb.
“Təşviqat kampaniyasının ilk günündə baş nazirin tərəfdarları Armavir bölgəsindəki iş adamı Xaçatur Sukiasyanın mühafizəçiləri ilə birlikdə Paşinyanı xain adlandıran vətəndaşı döyüblər. Bizə zəng edən başqa bir şəxs bu yaxınlarda İrəvanın Şimal prospektində oxşar hadisənin baş verdiyini söylədi: Paşinyana “xain” deyən vətəndaş döyülüb. Bir neçə gün əvvəl Vanadzorda baş nazir haqqında mənfi danışan bir vətəndaş küçədə avtomobilə otuzdurularaq aparılıb. Paşinyanın tənqidçiləri üçün ən ciddi cəza isə 20 iyundan sonra veriləcək. Səlahiyyətlilər bununla bağlı böyük planlar qururlar”, - erməni KİV-ləri yazıb.

Qeyd edək ki, Ermənistanda bundan əvvəl də bir neçə dəfə oxşar hal yaşanıb. Paşinyanı tənqid edən vətəndaşlar əksər hallarda fiziki təzyiqlərə məruz qalırlar.

Oxşar mövzu:

Paşinyanın mühafizəçiləri “Nikol satqındır” deyəni ölümcül döydülər

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NikolPaşinyan   Ermənistan  





Xəbər lenti