Kitab oğrusu kimi təqdim olunan şəxs: “Əlimizdə sənəd var” - VİDEO

Kitab oğrusu kimi təqdim olunan şəxs:  “Əlimizdə sənəd var” -     VİDEO
  07 İyun 2021    Oxunub:2054
Kitab oğrusu kimi təqdim olunan Elməddin Süleymanlı barəsində səsləndirilən ittihamlara münasibət bildirib.

Azvision.az xəbər verir ki, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan E.Süleymanlının sözlərinə görə, oğurluq işinə 3 gün əvvəl məhkəmədə xitab verilib və onlar bəraət alıblar.
O, sözügedən videonun üç gün sonra yayılmasını qarşı tərəfin hiddəti ilə əlaqələndirib. Qeyd edib ki, kitablar yerindəcə qarşı tərəfə təhvil verilib.



Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti bu gün Səbail rayonunda yerləşən kitab mağazalarının birindən oğurluq edilməsi barədə məlumat yayıb.

Bildirilib ki, mağaza rəhbərliyi polisə məlumat verəndən dərhal sonra hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakinləri Elməddin Süleymanlı və Elvin Əhmədov saxlanılıblar. Onların mağazadan 2 ədəd kitab oğurlaması obyektin müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.

Faktla bağlı saxlanılan şəxslər barəsində araşdırmalar davam etdirilir.



Azvision.az


Teqlər: Kitab   Oğru  





Xəbər lenti