Ermənini məğlub edən azərbaycanlı dünya çempionu oldu

 Ermənini məğlub edən azərbaycanlı dünya çempionu oldu
  07 İyun 2021    Oxunub:1296
Azərbaycanlı idmançı ermənini məğlub edərək dünya çempionu olub.
Azvision.az xəbər verir ki, Ukraynanın Odessa şəhərində keçirilən Qarışıq İdman Növləri üzrə Dünya Çempionatında iştirak edən Nicat Yusifov və Cəlal Cəlallı qalib gələrək dünya çempionu adını qazanıblar.

Nicat Yusifov finalda erməni əsilli rəqibi Qriqoryan Artura qalib gələrək 70 kiloqram çəki dərəcəsində, Bakı Nəqliyyat Agentliyinin əməkdaşı Cəlal Cəlallı isə ukraynalı rəqibinə qalib gələrək, 80 kiloqram çəki dərəcəsində dünya çempionu olublar. Çempionat iyunun 3-dən 6-a kimi davam edib.

Qeyd edək ki, yarışda dünyanın 16 ölkəsindən 800 idmançı iştirak edib.

Azvision.az


Teqlər: Dünya-Çempionatı  





Xəbər lenti