Formula 1: Lider qəza törətdi - YENİLƏNİB

  Formula 1: Lider qəza törətdi -  YENİLƏNİB
  06 İyun 2021    Oxunub:1701
Formula 1 Azərbaycan Qran-Prisinə liderlik edən “Red Bull Racing Honda” komandasının pilotu Maks Ferstappen 47-ci dövrədə mübarizəni dayandırıb.
Azvision.az xəbər verir ki, qələbənin bir addımlığında olan niderlandlı pilotun bolidi səddə çırpılıb. Nəticədə bolidin təkəri partlayıb.

Hazırda pelotona onun komanda yoldaşı Serxio Peres davam edir.



***
(17:10)

“Aston Martin” komandasının pilotu Lans Stroll Formula 1 Azərbaycan Qran-Prisində mübarizəni dayandırıb.

Azvision.az xəbər verir ki, buna səbəb kanadalı pilotun bolidini təhlükəsizlik səddinə çırpası olub. Marşallar bolidi trekdən kənarlaşdırıblar.

Hazırda Bakı şəhər halqasında 18 pilot mübarizə aparır.

Qeyd edək ki, bundan əvvəl “Alpine” komandasının pilotu Esteban Okon texniki problemlərə görə mübarizəni dayandırıb.

Azvision.az


Teqlər: Formula-1   Yarış  





Xəbər lenti