Fransa kanalında Azərbaycan musiqisi

Fransa kanalında Azərbaycan musiqisi
  11 Mart 2014    Oxunub:1257
“France-Musique” radio kanalının efirində Azərbaycan musiqisinə həsr edilmiş reportaj gedib.
Cari ilin martın 5-də Fransanın "France-Musique" radio kanalının efirində Azərbaycan musiqisinə həsr edilmiş geniş reportaj gedib.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyindən verilən məlumata görə, "Dünya rəngləri" adlanan verilişdə Azərbaycanın üç musiqi janrı - muğam, caz və aşıq musiqisinin tarixi və ölkənin mədəni həyatında tutduğu yer barədə tamaşaçılara məlumat verilib.

Azərbaycan haqqında ümumi məlumat verən jurnalist Fransuaz Dejorj səfir Elçin Əmirbəyovdan və caz ustası Şahin Növrəslidən aldığı müsahibələri də səsləndirib. E.Əmirbəyov muğam haqqında geniş məlumat verərək, onun Azərbaycan mədəniyyətinin ən mühüm hissələrindən biri olduğunu qeyd edib, muğama yüksək səviyyədə diqqət yetirildiyindən, onun YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınmasından bəhs edib.

Ş.Növrəsli isə Azərbaycanda cazın tarixindən və yeni inkişaf tendensiyalarından danışıb.

Bir saatdan çox davam edən verilişdə gənc muğam ifaçısı Arzu Əliyeva, cazmen Şahin Növrəsli və Aşıq Ədalət Nəsibovun ifasında musiqilər səsləndirilib.


Teqlər:  





Xəbər lenti