Təhsil millətin gələcəyidir

Təhsil millətin gələcəyidir
  09 Mart 2014    Oxunub:60654
“Təhsil millətin gələciyidir” deyən Heydər Əliyev Azərbaycanda təhsil sahəsinə həmişə diqqət yetirmiş və ona qayğı göstərmişdir. O bildirmişdir ki, “təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu cəmiyyətin xüsusi intellektual cəhətini əks etdirən sahədir. Belə halda təhsil sisteminə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”. Bu, dövlətimizin təhsillə bağlı siyasətini açıq şəkildə ortaya qoyur. Təhsil Azərbaycan dövləti üçün pirioritetdir. Çünki, Ulu Öndərin dövründə müəyyən olunan siyasi xətt və dövlət strategiyası dəyişməyib, əksinə bu gündə uğurla davam etdirilir. Millətin gələcəyinin təhsildə olduğunu ehtiva edən dövlət strategiyası müasir zamanla ayaqlaşmanın labüdlüyünü əks etdirən Təhsilin inkişafının yeni dövlət strategiyasını ortaya qoydu.

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli nömrəli Sərəncamı ilə təsdiq edilmiş strategiyanın konseptual əsasları, adında olduğu kimi Azərbaycan Respublikasında Təhsilin inkişana, ölkədə təhsilin müsair dünya təhsilinin səviyyəsin çatdırılmasına və bununlada yeni elm və texnalogiya əsrində Azərbaycan brendlərinin formalaşmasına xidmət edir.

Dövlətin 2020-ci il hədəflərində təhsilin xüsusi çəkisi digər sahələrlə müqayisədə xeyli dərəcdə artıqdır. Bunu "Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə yeni dövlət strategiası"nda aydın şəkildə görmək mümkündür. Bundan əlavə ölkə qarşısında duran növbəti strateji vəzifə sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir. Müasirləşdirmə, ilk növbədə, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqi ilə bağlıdır. Bunun üçün prioritet istiqamət ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir. İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir. Burdan belə nəticəyə gəlmək olar ki, bu gün dövlətin bir nömrəli strateji hədəfi insan kapitalı yaratmaqdır. Hədəf bəlli olduğu kimi istiqamətlərdə bəllidir. İstiqamətlərin müəyyən olunması bir başa məqsədə xidmət edir və bizi hədəfə dahada yaxınlaşdırır. Yeni təhsil strategiyasının məqsədi ölkədə səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sistemini yaratmaqdır. Strategiyanın reallaşdırılması təhsilin məzmununun, kadr hazırlığının, təhsili idarəetmə sisteminin və təhsil infrastrukturunun qabaqcıl beynəlxalq təcrübəyə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun yenidən qurulmasına imkan verərək, ölkədə biliklərə əsaslanan iqtisadiyyatın bərqərar olmasını, informasiya cəmiyyətinin təşəkkülünü və ölkənin davamlı inkişafını təmin etməlidir. Bu məqsədə çatmaq üçün birinci növbədə ölkədə təhsilin vəziyyətini ətraflı araşdırma və daha sonra beynəlxalq təcrübə və meyilləri öyrənib analizlər aparılması labüddür. Məhz buna görədə strategiyada inkişaf etmiş ölkələrin təhsilinin öyrənilməsi və inkişafa səbəb ola biləcək mexanizimlərin ölkəmizin təhsil sisteminə tətbiq olunması ayrıca olaraq qeyd olunur. Bir çox qabaqcıl ölkələrdə təhsil müddətinin tədricən artırılması istiqamətində addımlar atılır. Kanada, Fransa, Hollandiya və Çexiyada ümumi təhsilin müddəti 14 il, Almaniya, Böyük Britaniya, İsveç, Avstraliya və Yeni Zelandiyada 13 il, ABŞ, Finlandiya, Cənubi Koreya, Polşa və bir sıra digər ölkələrdə isə 12 il təşkil edir. Ümumi təhsil müddəti az sayda ölkədə on bir il təşkil edir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, hər hansı ölkədə istənilən təhsil pilləsi üzrə təhsil müddətinin bir il artırılması ölkədə Ümumi Daxili Məhsulun 3–6 faiz artımına gətirib çıxarır. Yeni strategiya bu cür təcrübələrin öyrənilməsini və tətbiqini tövsiyə edir.

Təməl bacarıqlar uşaqlıq dövrünün ilk illərindən əldə edildiyinə görə uşaqların zehninin erkən yaş dövründən inkişaf etdirilməsi vacibdir. Bu səbəbdən məktəbəqədər təhsilin inkişafı dövlət siyasətində əhəmiyyətli yer tutur. Təhsilin inkişafı üzrə yeni dövlət strategiyasında bu yöndə inkişafa nail olmaq üçün konkret istiqamətlər göstərilib ki, həmin istiqamətlərdə konsepsiyaların hazırlanmasına artıq start verilib. Məktəbəqədər yaşlı uşaqların fiziki və əqli inkişafını, sosiallaşmasını təmin edən, yaradıcılıq qabiliyyətlərini üzə çıxaran, onlarda həyati bilik və bacarıqları, davranış qaydalarını aşılayan təhsil standartlarının və yeni kurikulumların hazırlanması bir başa olaraq hədəf kimi yeni strategiyada əks olunub.

"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"da ümümtəhsil məktəblərində tədris, Ali təhsilin istiqamətləri və ümümlikdə təhsilə baxış bucağının dəyişdirilməsinə zəmin yaradan hədəflər müəyyən olunub ki, buda təhsilimizdə əsaslı və sistemli dəyişikliklərin başlamasından xəbər verir. Bu o deməkdir ki, Azərbaycan Dövləti sağlam gələcək qurmaqda maraqlıdır. Dövlətin təqdirə layiq marağının təmin olunması üçün vətəndaş cəmiyyətinin üzərinədə çox böyük iş düşür. Əgər bir gələcək qurmaq amalımız varsa və buna başlamışıqsa, gər ki, proffilindən aslı olmayaraq hər kəs bu işə qol qoysun. "Qolumuzu" qoyaq ki, başımız getməsin. Biz dünyanın mövcud realıqları içində yalnız başımızla var ola bilərik. Var olmaq amacı ilə gələcəyimizi qurmağa dəstək olaq!

Nicat Abdullayev
Türkel Tv-nin xəbər prodüsseri


Yazı Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi iləbirgəkeçirilən müsabiqəyə təqdim etmək üçündür.




Teqlər:  





Xəbər lenti