Boksçumuz Tokio Olimpiadasına lisenziya qazandı
Avropa Oyunlarının qalibi Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində yarımfinala yüksəlməklə “Tokio-2020”də iştirak hüququna sahib olub. O, dörddəbir finalda İmam Xatayevi (Rusiya) məğlub edib. Onun yarımfinalda rəqibi Qazimaqomed Jalidov (İspaniya) olacaq. Döyüş iyunun 7-nə təsadüf edəcək.
Qeyd edək ki, iyunun 4-də start götürən yarış ayın 8-də başa çatacaq.
Azvision.az
Teqlər: Boks