“Grand Chess Tour”: Şahmatçılarımız heç-heçə etdilər

 “Grand Chess Tour”:  Şahmatçılarımız heç-heçə etdilər
  06 İyun 2021    Oxunub:1124
Dünyanın elit şahmatçılarının mübarizə apardıqları “Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsi start götürüb.
Azvision.az xəbər verir ki, Rumıniyada keçirilən turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər. Doqquz turdan ibarət olan turnirin birinci turunda şahmatçılarımızın hər ikisinin ABŞ təmsilçiləri - Ş.Məmmədyarovun Uesli So, T.Rəcəbovun Fabiano Karuana ilə qarşılaşmaları heç-heçə ilə başa çatıb. Turun digər oyunları - rusiyalı Aleksandr Qrişuk fransalı Maksim Vaşye-Laqrav, yerli idmançılar Boqdan-Daniel Dyak niderlandlı Aniş Giri, Konstantin Lupulesku ermənistanlı Levon Aronyan qarşılaşmaları da heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.

Azvision.az


Teqlər: Şahmat  





Xəbər lenti