"Formula 2": Bakıda ilk sprint yürüşünə start verildi

   "Formula 2": Bakıda ilk sprint yürüşünə start verildi
  05 İyun 2021    Oxunub:1160
İyunun 5-də Bakıda Formula 2 yarışlarının birinci sprint yürüşünə start verilib.
Azvision.az xəbər verir ki, Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparır. Pilotlar Bakı şəhər halqasında 21 dövrə vuracaqlar.

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən yarışda əvvəlcə pilotlar sərbəst yürüşdə güclərini sınayıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə “Hitech Grand Prix” komandasının pilotu Jüri Vips bütün rəqiblərini qabaqlayıb. “Campos” komandasından Ralf Boşunq sərbəst yürüşü ikinci, “Art Grand Prix”un sürücüsü Theo Pourçaire isə üçüncü yerdə başa vurublar.

Daha sonra Formula 2 yarışının sıralanma turu keçirilib. “Hitech Grand Prix” komandasının pilotu Liam Layson sıralama turunun qalibi olub. L.Laysonun komanda yoldaşı Jüri Vips ikinci, “Prema Racing” komandasının pilotu Oskar Piastri isə üçüncü yeri tutublar.

İyunun 5-də saat 17:40-da isə ikinci yarış keçiriləcək. Yarışda pilotlar 21 dövrə vuracaqlar. Üçüncü yarış isə iyunun 6-da saat 12:45-də start götürəcək. Bu dəfə pilotlar 29 dövrədən ibarət yarışda güclərini sınayacaqlar.

Səkkiz mərhələdən ibarət yarışa dekabrın 10-12-də Abu-Dabidə yekun vurulacaq. Bakı yürüşünə qədər keçirilmiş iki yarışın nəticəsinə görə, pilotların sıralamasına “UNİ-Virtuosi” komandasının çinli üzvü Guanyu Zhou 68 xalla başçılıq edir. Komandaların sıralamasında isə “Uni-Virtuosi” 97 xalla birincidir.

Azvision.az



Teqlər: Formula-1  





Xəbər lenti