Şəki və Lənkəranda narkotacirlar ələ keçdi - FOTO

Şəki və Lənkəranda narkotacirlar ələ keçdi -   FOTO
  05 İyun 2021    Oxunub:1557
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutularaq məsuliyyətə cəlb edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, şübhəli şəxs qismində saxlanılan şəhər sakini Müzəffər Çələbiyevdən şəxsi axtarış zamanı kibrit qutusunda və bir neçə kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.



M.Çələbiyevin narkotik vasitələrin satışı ilə məşğul olduğuna dair polis əməkdaşlarında əsaslı şübhələr olduğundan onun ətrafında əməliyyat tədbirləri davam etdirilib və həmin şəxsin rayondakı bazarlardan birinin ərazisində narkotik vasitə gizlətdiyi müəyyən edilib. Qeyd edilən yerə baxış keçirilən zaman oradan kağız bükümlərdə, kibrit qutularında və kisədə ümumi çəkisi 2 kiloqram730 qram qurudulmuş marixuana qablaşdırılaraq maddi sübut kimi götürülüb.



Bundan başqa Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Rasim Məmmədov saxlanılıb. Keçirilən baxış zamanı onun üzərindən 2 bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb.



Ətrafında aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində onun Lənkəran rayonu ərazisindəki bir neçə obyekt və evdən oğurluq etdiyi də müəyyən edilib. Belə ki, R.Məmmədovun şirniyyat evlərindən birindən 6 ədəd televizor, bundan əlavə parfümeriya mağazasından, çay evindən və bir yaşayış evindən oğurluqlar etdiyi müəyyən olunub. Oğurladığı əşyaların bir qismi onun saxladığı yerlərdə aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırma aparılır.



Azvision.az


Teqlər: DİN  





Xəbər lenti