Prezident attraksionun açılışında - FOTOLAR

Prezident attraksionun açılışında  - FOTOLAR
  10 Mart 2014    Oxunub:958
Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər uzanmış yeni bulvar hissəsində müasir attraksion-panoramın açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər.

Qeyd edək ki, müasir attraksion-panoramın tikinti və quraşdırma işlərinə Hollandiyanın Dutch Wheels (Daç Vilz) şirkəti ilə bağlanmış müqaviləyə əsasən, 2013-cü ilin sentyabrında başlanılıb. Tikinti və quraşdırma işləri yüksək keyfiyyətlə həyata keçirilib.

Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya yeni qurğunun texniki göstəriciləri və xidməti imkanları barədə məlumat verilib. Qeyd edilib ki, diametri 60 metr olan yeni qurğuda hərəsində 8 nəfərlik yer olmaqla 30 kabinə var.

Yeni attraksion-panoram yaxın günlərdə paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının istifadəsinə veriləcək.

Qalereya




Teqlər:  





Xəbər lenti