“Formula-1”də birinci sərbəst yürüş başa çatdı
“Red Bull Racing” komandasında Serxio Peres, Maks Ferstappen, “Alpha Tauri”də Pyer Qasli və Yuki Tsunoda, “Alpine”da isə Fernando Alonso ilə Esteban Okon mübarizə aparıblar. Bundan başqa, “Alfa Romeo”nun heyətində Antonio Covinatsi və Kimi Raykonnen, “McLaren”də Daniel Rikkardo və Lando Norris yürüşdə iştirak ediblər. Pilotlar Mik Şumaxer və Nikita Mazepin “Haas”, Sebastian Fettel və Lans Stroll "Aston Martin" komandasının idman şərəfini qoruyurlar.
Yürüş iştirakçıları 1 saat ərzində 6 kilometrlik Bakı trekində yarışıblar. Birinci sərbəst yürüşü “Red Bull Racing”in pilotu Maks Ferstappen lider kimi tamamlayıb. “Ferrari”nin üzvləri Şarl Lekler ikinci, Karlos Sayns isə üçüncü olublar.
İyunun 5-də pilotların düzülüşünü müəyyən edəcək yarış keçiriləcək. Ertəsi gün isə Formula 1 Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşəcək.
Bakı şəhər halqasında Formula 1 yarışları 2016-cı ildən təşkil olunur. Yalnız ötən il koronavirus pandemiyası səbəbindən dünya çempionatının Azərbaycan mərhələsi ləğv edilmişdi.
Oxşar mövzu:
Bakıda “Formula-1” həyəcanı - FOTOREPORTAJ
Azvision.az
Teqlər: Formula-1