“Bakı şəhər halqası digər treklərdən fərqlənir” - Matteo Toninalli

“Bakı şəhər halqası digər treklərdən fərqlənir” -    Matteo Toninalli
  03 İyun 2021    Oxunub:1065
Bakının cəmi bir neçə il ərzində Formula 1 təqvimində özünəməxsus yeri olan bənzərsiz trası var. Bu, çempionatın ən uzun və düz xətlərindən birinə sahib qeyri-adi şəhər trasıdır. İkinci sektor aşağı sürətlə hərəkət etməli olduğumuz çoxlu sayda döngələrdən ibarətdir.
Azvision.az xəbər verir ki, bu sözləri “Ferrari” komandasının yürüş üzrə baş mühəndisi Matteo Toninalli Formula 1 üzrə Azərbaycan Qran-Prisinə hazırlıqla bağlı danışarkən bildirib.

Onun sözlərinə görə, həmin döngələrdəki orta sürət Monakodakı trasda olduğundan da aşağıdır. Burada sıxılan güclə sürət arasında uyğunlaşmanı dəqiq tapmaq lazımdır.

Matteo Toninalli deyib ki, komanda aparılan təhlillərə əsasən, parametrlərin seçimi barədə qərar verir. Mütəxəssis Karlos Sayns və Şarl Leklerin Bakı səfərindən əvvəl simulyatorda test edəcəklərini və yalnız bundan sonra parametrlərin müəyyənləşdiriləcəyini vurğulayıb.

Formula 1 Azərbaycan Qran-Prisi iyunun 4-6-da Bakının şəhər trasında keçiriləcək.

Azvision.az


Teqlər: Formula-1  





Xəbər lenti