Sabah yağış yağacaq

Sabah yağış yağacaq
  10 Mart 2014    Oxunub:817
Sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, martın 11-də Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 9-14 dərəcə isti olacaq.

Martın 13-dən Bakıda və Abşeron yarımadasında havanın temperaturu 5-9 dərəcə enəcək.



Martın 12-si axşamadək Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. Lakin martın 12-si axşam və 13-də atmosfer təzyiqinin xeyli yüksəlməsi, güclü xəzri küləyi və havanın temperaturunun enməsi meterohəssas insanlar üçün əlverişsiz olacaq.

Marrtın 11-də Azərbaycanın bölgələrində gecə və səhər bəzi ərazilərdə hava yağıntılı olacaq, gündüz tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturunun gecə 3-8, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir. Dağlıq ərazilərdə gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti proqnozlaşdırılır.


Teqlər:  





Xəbər lenti