AQTA bu kafe və restoranları cərimələdi

AQTA bu kafe və restoranları cərimələdi
  02 İyun 2021    Oxunub:1015
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 427 ictimai iaşə obyektində 728 monitorinq keçirib.
AQTA-dan Azvision.az - a verilən məluamta görə, monitorinqlər zamanı 15 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nərimanov rayonu‎, Əliyar Əliyev 25 ünvanında yerləşən, fiziki şəxs Orucov Şahin Namaz oğluna məxsus "Olimp pub" kafesi;

2. Bakı şəhəri, Yasamal rayonu‎, Zərdabi 588 ünvanında yerləşən, fiziki şəxs Xəlilov Fərid Qəhrəman oğluna məxsus "The lodge" kafesi;

3. Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov 53 ‎ünvanında yerləşən, fiziki şəxs Babayev Namiq İbrahim oğluna məxsus "Pizza Mizza" restoranı;

4. Bakı şəhəri, Yasamal ‎rayonu, Zahid Xəlilov 53 ünvanında yerləşən, fiziki şəxs Rəcəbov Tale Əmrəddin oğluna məxsus " Senior Mansimo" restoranı;

5. Bakı şəhəri, Nərimanov ‎rayonu, Xan Şuşinski ev 101 A ünvanında yerləşən, fiziki şəxs Axundov Pərviz Kamal oğluna məxsus kafe;

6. Bakı şəhəri, Nərimanov ‎rayonu, V.Çəmənzəminli ev 14 ünvanında yerləşən, fiziki şəxs Həmidli Həmid Zabil oğluna məxsus "Beer Majlis" restoranı;

7. Bakı şəhəri, Nərimanov ‎rayonu, Xarici dairəvi yol 2061-ci məhəllədə yerləşən, fiziki şəxs Abasquliyeva Fəxriyə Aydın qızına məxsus "Xoşdad" kafesi;

8. Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsində yerləşən, fiziki şəxs Abıyeva Rəxşəndə Allahverdi qızına məxsus kafe;

9. Bakı şəhəri, Səbail rayonu, Nizami 42 ünvanında yerləşən, hüquqi şəxs "Mezzanine" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Happy Moons" restoranı;

10. Bakı şəhəri, Nizami rayonu, M.Şərifli 84 b ünvanında yerləşən, fiziki şəxs Qaçayev Babək Azərət oğluna məxsus " Bosman pub " kafesi;

11. Bakı şəhəri, Nizami rayonu, M.Şərifli 15 ünvanında yerləşən, fiziki şəxs Muradov Hüseyn Tahir oğluna məxsus "Ulu Borçalı" kafesi;

12. Kürdəmir rayonu, M.Ə.Sabir küçəsində yerləşən, fiziki şəxs Məmmədov Sərəddin Tacəddin oğluna məxsus kafe;

13. İsmayıllı rayonu, İsmayıllı-Qəbələ yolunda yerləşən, fiziki şəxs Nüsrətli Maqsud Elşən oğluna məxsus kafe;

14. Masallı rayonu, H.Əliyev prospektində yerləşən, fiziki şəxs Nəsirov Tural Füzuli oğluna məxsus kafe;

15. Sumqayıt şəhəri, 2-ci məhəllədə yerləşən, fiziki şəxs Mikayılova Ceyran Teyyub qızına məxsus "Karakoç" kafesi.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti