"Kamerada işgəncələrə dözməyənlər intihar etdi" - Əsirlikdə olan şəxs

   "Kamerada işgəncələrə dözməyənlər intihar etdi" -    Əsirlikdə olan şəxs
  02 İyun 2021    Oxunub:1130
1993-cü ildə Qubadlı ermənilər tərəfindən işğal olunan zaman yaralı halda ermənilərə əsir düşmüşəm. 1 il 9 ay erməni əsirliyində olmuşam.
Azvision.az xəbər verir ki, bunu erməni əsirliyində işgəncələrə məruz qalan zərərçəkmiş Həbib Kazımov deyib.

O bildirib ki, əsirlik dövründə ermənilər dəmirlə, armaturla, dəmir dəyənəklərlə, çəkiclə onu döyüblər və əzab veriblər.

"Bu gün burada mühakimə olunan hər iki terrorçu həmin işgəncələrdə yaxından iştirak edib. Bunların hər ikisinin orada təxəllüsü olub. Biri Yoxa, biri Ayoşa ləqəbi daşıyırdı. Mkrtiçyan Lüdvik Yoxa ləqəbi daşıyırdı. O burada deyir ki, azərbaycan dilini bilmir. Lakin orada bizlə o, danışırdı. Bizi azərbaycan dilində belə təhqir edirdi".

H.Kazımov qeyd edib ki, o əsirlikdə saxlanan kamerada daha 40-a yaxın azərbaycanlı olub:

"Onlardan işgəncə vaxtı ölən də oldu, işgəncələrə dözməyənlər də vardı ki, intihar etdilər. Bir ona sevinirəm ki, hazırda bu terrorçular dövlətimiz tərəfindən tutularaq məhkəmə önünə çıxarılıblar və etdiklərinin cəzasını çəkəcəklər".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Erməni   Əsirlik  





Xəbər lenti