Azərbaycanda “Premium” benzini istehsal olunacaq

 Azərbaycanda “Premium” benzini istehsal olunacaq
  02 İyun 2021    Oxunub:1383
Gələn il SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan modernizasiyanın hazırkı mərhələsi sona çatacaq və Premium (95) benzinin istehsalı Azərbaycanda mümkün olacaq.
Bu barədə Azvision.az -a açıqlamasında SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov deyib.

Qurum rəsmisi ildirib ki, bu da həmin benzin növünün təchizatı baxımından idxaldan asılığımıza son qoyacaq: “Hazırda bu benzin növü Azərbaycanda nisbətən az istehlak olunur. Əsas istehlak olunan yanacaq növləri ölkə daxilində istehsal olunan dizel və Ai-92 benzinidir".

İ.Əhmədov Azərbaycanda satışda olan yanacağın qiymətin tənzimlənməsi prinsipinə əsasən, iki hissəyə - ölkə daxilində istehsal edilən və idxal edilən yanacağa bölündüyünü deyib.

“Ölkə daxilində istehlak edilən Ai-92 benzini, dizel yanacağı, eləcə təyyarə yanacağının əsas hissəsi ölkə daxilində istehsal olunur. Ölkə daxilində istehsal olunduğuna görə bu yanacağın qiyməti dünyada neft qiymətlərindən birbaşa asılı deyil, çünki dövlətin müvafiq tənzimləyici qurumu tərəfindən müəyyən olunur. Məhz buna görə də bu gün bu yanacaq növlərinin qiyməti dəyişməyib. Adətən bu yanacaq növlərinin qiyməti bir neçə il sabit qalır.

Premium (95) və Super (98) markalı benzin növləri isə ölkədə istehsal olunmur, xaricdən idxal olunur. Məhz buna görə bu benzin növlərinin qiyməti dünya bazarlarında neft və neft məhsullarının qiymətindən asılıdır. Son 1,5 il ərzində bu benzin növlərinin qiyməti dünyada olduğu kimi, Azərbaycanda da bir neçə dəfə dəyişib. Misal üçün Premium benzinin qiyməti əvvəl 1,5 AZN olub, Pandemiya dövründə 1,1 AZN-ə düşmüşdü. Sonra dünya bazarlarında qiymətlər qalxdıqca, Azərbaycanda da idxal olunan benzin növlərinin qiyməti yüksəlməyə başladı və, bir qayda olaraq, dünyadakı qiymətlərdən asılıdır", - deyə SOCAR rəsmisi qeyd edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Benzin  





Xəbər lenti