AFFA klubların cərimələrini ləğv etdi

AFFA klubların cərimələrini ləğv etdi
  31 May 2021    Oxunub:941
AFFA əvəzedici komandası Birinci Divizionda oynamayan, qadınlardan ibarət komandaları müvafiq liqalarda iştirak etməyən klublara güzəştə gedib.
Azvision.az xəbər verir ki, bu barədə assosiasiyanın İcraiyyə Komitəsi qərar verib.

2020/21 mövsümü üçün nəzərdə tutulan müvafiq cərimə ləğv edilib. Buna koronavirus pandemiyası səbəb olub.

2021/22 mövsümündə əvəzedici komandasının Birinci Divizionda iştirakını təsdiq etməyən klub müvafiq qaydada 150 min manat cərimə məbləğini 3 ay ərzində ödəməlidir. Əvəzedici komandası Birinci Divizionda iştirak edən hər bir kluba AFFA tərəfindən 50 min manat ödəniləcək.

Azvision.az



Teqlər: AFFA  





Xəbər lenti