Bakıda boru xətti partladı: Küçəyə kerosin dağılıb - FOTO

Bakıda boru xətti partladı: Küçəyə kerosin dağılıb - FOTO
  09 Mart 2014    Oxunub:1443
Bakıda boru xətti partladı: sakinlər təhlükə ilə üz-üzə qaldılar.
Martın 9-da Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonunda avtomobil yoluna yanacaq məhsulunun axması barədə məlumat daxil olub.

AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

Yanğınsöndürənlər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, yaxınlıqdan keçən boru xəttinin zədələnməsi nəticəsində ətrafa və avtomobil yoluna kerosin dağılıb.

Yanğınsöndürənlər yola dağılmış kerosini yuyublar. Borunun zədələnmiş hissəsinin mütəxəssislər tərəfindən bağlanılması istiqamətində işlər aparılır.

Yanğınsöndürənlər hadisə yerində növbə çəkirlər.

Qalereya




Teqlər:





Xəbər lenti