Sərnişin avtobusu minik maşını ilə toqquşdu

Sərnişin avtobusu minik maşını ilə toqquşdu
  09 Mart 2014    Oxunub:1070
Sərnişin avtobusu minik maşını ilə toqquşdu, ər-arvad xəstəxanalıq oldu.
Ötən gün Bakı-Qazax avtomagistralının Göygöl rayon ərazisindən keçən hissəsində yol qəza hadisəsi baş verib. AzVision.az Kəpəz TV-yə istinadn xəbər verir ki, Qazax istiqamətindən paytaxda doğru hərəkət edən “Mercedes” markalı sərnişin avtobusu Daşkəsəndən Gəncəyə hərəkət edən minik maşını ilə toqquşub. Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsindən verilən məlumata görə, ilkin olaraq qəzaya səbəb kimi minik maşınının yardımçı yoldan əsas yola sərnişin avtobusunu gözləmədən çıxması göstərilir. Hadisə nəticəsində avtomobildəki sərnişin, Daşkəsən rayon sakini Vahid Allahverdiyev və onun həyat yoldaşı Nüşabə Allahverdiyeva xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Rafael Əsədov, həkim: “Xəstənin biri özünə gəlib, digəri hərəkətə gətirilib. Ər arvaddılar. Vahid Allahverdiyev sağ almacıq sümüyünün sınığı, sağ gözətrafı toxumanın əziyi və ematoması xəsarətləri alıb. Hazırda stasionar müalicəsi davam etdirilir. Allahverdiyeva Nüşabədə isə sağ çanaq sümüklərinin sınığı, çanağın əziyi və döş qəfəsinin əziyi diaqnozu ilə gəlib. Hazırda onun da stasionar müalicəsi davam edir. Hər ikisinin vəziyyəti orta ağırdır”.


Teqlər:





Xəbər lenti