Şabranda iki maşın toqquşub, 5 nəfər yaralanıb

Şabranda iki maşın toqquşub,    5 nəfər yaralanıb
  29 May 2021    Oxunub:1555
Şabran rayonu ərazisində 5 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Şabran-Zeyvə yolunun Dağbilici kəndindən keçən hissəsində qeydə alınan hadisə zamanı “VAZ” markalı iki minik avtomobili toqquşub.

Xəsarət alan Şabran rayon sakinləri 1989-cu il təvəllüdlü Cəfərov Əliabbas Qulu oğlu, 1975-ci il təvəllüdlü Nəğdəliyev Şaiq Əlibala oğlu, 1975-ci il təvəllüdlü Nəğdəliyeva Sevda Əlibala qızı, 1970-ci il təvəllüdlü Nəğdəliyeva Xumar Əliabbas qızı və 1999-cu il təvəllüdlü Nəğdəliyev Osman Şaiq oğlu Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: Qəza  





Xəbər lenti